Bakıda yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib

Bakıda yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib Bu barədə "Report"a qurumdan bildirilib
İnfrastruktur
209
10 Mart , 2021 15:36
Bakıda yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib

Bakı Nəqliyyat Agentliyi paytaxtın Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq baxçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur.

Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, işıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss edilə bilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.

Son xəbərlər

Orphus sistemi