Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərin adları açıqlanıb

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərin adları açıqlanıb Həmin ərazilərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var
İnfrastruktur
405
26 May , 2021 09:08
Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərin adları açıqlanıb

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, həmin ərazilərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.

Sıxlıq müşahidə edilən küçə və prospektlər aşağıdakılardır:

Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər;

Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yol;

8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər;.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelə qədər;.

Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;

Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünə qədər;

Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısına qədər;

Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində Avtovağzalın qarşısına qədər.

Son xəbərlər

Orphus sistemi