Bakıda piyada təhlükəsizliyi ilə bağlı bəzi işlər yekunlaşmaq üzrədir

Bakıda piyada təhlükəsizliyi ilə bağlı bəzi işlər yekunlaşmaq üzrədir Bakı Nəqliyyat Agentliyi (BNA) piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması üçün yol kəsişmələrində bəzi işləri yekunlaşdırmaq üzrədir.
İnfrastruktur
8 Dekabr , 2020 14:55
Bakıda piyada təhlükəsizliyi ilə bağlı bəzi işlər yekunlaşmaq üzrədir

Bakı Nəqliyyat Agentliyi (BNA) piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması üçün yol kəsişmələrində bəzi işləri yekunlaşdırmaq üzrədir.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, həmin işlər aşağıdakılardır:

- Yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi;

- 80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.

- Ümumilikdə həyata keçirilən bu tədbirlər yol kəsişmələrində təhlükəsizliyi artırır, piyadaların rahatlığını təmin edir, piyada keçidlərindən istifadəni stimullaşdırır, əlçatanlığın artırılmasına şərait yaradır.

Son xəbərlər

Orphus sistemi