Bakıda ötən il avtobus parkının 45%-i yenilənib

Bakıda ötən il avtobus parkının 45%-i yenilənib 2020-ci ildə Bakı Nəqliyyat Agentliyi və daşıyıcılar 119 yeni avtobus alıb, avtobus parkı ümumilikdə 45 % yenilənib, 320 yeni avtobusun alınması ilə bağlı müqavilə imzalanıb
İnfrastruktur
10 Mart , 2021 12:07
Bakıda ötən il avtobus parkının 45%-i yenilənib

2020-ci ildə Bakı Nəqliyyat Agentliyi və daşıyıcılar 119 yeni avtobus alıb, avtobus parkı ümumilikdə 45 % yenilənib, 320 yeni avtobusun alınması ilə bağlı müqavilə imzalanıb.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Məlumata görə şəhərdaxili və şəhərətrafı müntəzəm marşrutlarda vahid ödəniş kartlarından istifadə üzrə müvafiq tədbirlər görülüb. Nəticədə Bakı üzrə nağdsız ödəniş (Bakı Kart) sistemi ilə çalışan avtobusların sayı 1 008-ə (ümumi avtobus parkının 48 %-i) çatdırılıb.

Hesabat ilində 112 avtobus dayanacaq pavilyonu, 31 küçə və prospektdə pandus, 7 küçədə məhəccərlər və 11 küçədə təhlükəsizlik dirəyi quraşdırılıb, 274 küçədə 1,5 min eyni səviyyəli piyada keçidi yenilənmiş, 44 yol kəsişməsində “Sarı kəsişmə toru”, 65 küçədə 146 ədəd yeni səviyyəli piyada keçidi təşkil edilib.

Son xəbərlər

Orphus sistemi