Bakıda növbəti səyyar sənəd qəbulu keçiriləcək

Bakıda növbəti səyyar sənəd qəbulu keçiriləcək İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu keçiriləcək
İnfrastruktur
440
31 Avqust , 2020 14:13
Bakıda növbəti səyyar sənəd qəbulu keçiriləcək

Bakıda istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu keçiriləcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, səyyar sənəd qəbulu sentyabrın 2-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,196, 3159-cu məhəllə ünvanında, sentyabrın 4-də isə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 10 ünvanda səyyar sənəd qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Son xəbərlər

Orphus sistemi