Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb

Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir
İnfrastruktur
15 Fevral , 2021 18:21
Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb

Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar aşağıdakı istiqamətlərdir:

1. Tbilisi prospekti - 20 yanvar dairəsi və şəhər istiqamətində;

2. Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi və şəhər istiqamətində;

3. Alı Mustafayev küçəsi - 20 yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi - Heydər Əliyev prospekti və Həsən Əliyev istiqamətində;

5. Rəşid Behbudov küçəsi

6. Heydər Əliyev prospekti - mərkəz istiqamətində köməkçi yol;

7. Mikayıl Useynov prospekti - Azneft dairəsi istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi;

9. Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;

10. Babək prospekti - Heydər Əliyev prospektinə düşən hissə;

11. Binəqədi şosesi (Binəqədi istiqaməti) nisbətən.

Sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Son xəbərlər

Orphus sistemi