Bakıda "Lapis Lazuli" nəqliyyat dəhlizinin müzakirəsi üzrə 4-cü texniki görüş keçiriləcək

Bakıda "Lapis Lazuli" nəqliyyat dəhlizinin müzakirəsi üzrə 4-cü texniki görüş keçiriləcək Azərbaycan paytaxtına 4 ölkədən ekspertlər gələcək
İnfrastruktur
3 Noyabr , 2016 10:35
Bakıda Lapis Lazuli nəqliyyat dəhlizinin müzakirəsi üzrə 4-cü texniki görüş keçiriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 15-16-da Bakıda "Lapis Lazuli" nəqliyyat dəhlizinin müzakirəsi üzrə 4-cü texniki görüş keçiriləcək.

Əfqanıstanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş ekspertlər səviyyəsində keçiriləcək.

Bu məqsədlə Azərbaycan paytaxtına Əfqanıstan, Türkiyə, Türkmənistan və Gürcüstanın müxtəlif nazirliklərin nümayəndələri gələcək. Onlar layihənin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, "Lapis Lazuli" layihəsi Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Əfqanıstandan Avropaya qədər uzanan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Gürcüstandan sonra nəqliyyat dəhlizi Türkiyənin magistrallarına qoşulacaq.

Xatırladaq ki, ekspertlər səviyyəsində bundan əvvəlki görüş İstanbulda keçirilib.

Son xəbərlər

Orphus sistemi