Bakıda "Lamborghini"nin yeni modeli təqdim edilib

Bakıda "Lamborghini"nin yeni modeli təqdim edilib Bu günə qədər Azərbaycanda bu markalı 5 avtomobil satılıb
İnfrastruktur
6 May , 2016 12:55
Bakıda Lamborghininin yeni modeli təqdim edilib

Bakı. 6 may. REPORT.AZ/ Bakıda "Lamborghini" avtomobilinin yeni modelinin - "Huracan LP 610-4 Spyder"in təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində çıxış edən "Lamborghini"nin Bakıdakı rəsmi dilerinin rəhbəri İbrahim Əhmədov yeni modelin əvvəlki "Lamborghini Gallardo Spyder" modelinin davamı olduğunu bildirib.

O, bu günə qədər Azərbaycanda bu markalı 5 avtomobil satıldığını xəbər verib. Rəsmi dilerin rəhbəri yeni modelin qiymətini də açıqlayıb - 270 min avro. Amma konfiqurasiyadan asılı olaraq, bu rəqəm dəyişə bilər. Avtomobilə 3 illik zəmanət verilir.

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Frankfurtdakı avtoşouda təqdim olunan avtomobilin həcmi 5204 kub sm olan mühərrikinin gücü 610 at gücünə bərabərdir. Yeni "Lamborghini Huracan LP 610-4 Spyder" avtomobili 100 km/saat sürəti 3,4 saniyəyə yığır, avtomobilin maksimum sürəti isə 324 km/saatdır. 1542 kq çəkiyə malik avtomobil şəhər rejimində 100 km-ə 17 litr yanacaq sərf edir.

Son xəbərlər

Orphus sistemi