Bakıda inşaat işlərinin 91 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər

İnfrastruktur
  • 03 sentyabr, 2022
  • 11:39
Bakıda inşaat işlərinin 91 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin əsas göstəriciləri açıqlanıb.

“Report” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 7 ay ərzində paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,1 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 9,4 %-ini əsaslı təmir, 6,6 %-ini cari təmir, 16,9 %-ini isə sair tikinti işləri təşkil edib.

Bildirilib ki, ümumi inşaat işlərinin 90,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.