Bakıda inşaat işlərinin 90 %-dən çoxunu qeyri-dövlət müəssisələri yerinə yetirib

İnfrastruktur
  • 01 oktyabr, 2022
  • 05:51
Bakıda inşaat işlərinin 90 %-dən çoxunu qeyri-dövlət müəssisələri yerinə yetirib

Bu ilin yanvar-avqust aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 91,4 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, ümumi inşaat işlərinin 70,6 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 9 %-ni əsaslı təmir, 6,2 %-ni cari təmir, 14,2 %-ni isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 61,7 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 19,5 %-ni əsaslı təmir, 6,7 %-ni cari təmir, 12,1 %-ni isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,6 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Son xəbərlər

Bütün Xəbər Lenti