Bakıda ilk növbədə 1-2 mərtəbəli köhnə evlər söküləcək

Bakıda ilk növbədə 1-2 mərtəbəli köhnə evlər söküləcək İlqar İsbatov: "Xruşovka"lar isə müəyyən müddətdən sonra sökülə bilər"
İnfrastruktur
338
22 Dekabr , 2016 12:58
Bakıda ilk növbədə 1-2 mərtəbəli köhnə evlər söküləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ SSRİ dövründə Bakıda "Xruşovka" üslubunda inşa edilən yaşayış binaları müəyyən müddətdən sonra sökülə bilər. 

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. 

"Bakıda pilot layihələr çərçivəsində insanların yaşayış şəraitinin yaxşılaşdırılması və şəhərin görünüşünə ciddi xələl gətirən binaların köçürülməsi nəzərdə tutulub. Bu, əsasən 1-2 mərtəbəli binalardır. "Xruşovka" üslubunda tikilən yaşayış binaları isə müəyyən müddətdən sonra sökülə bilər. Lakin pilot layihə çərçivəsində ilk olaraq həyat üçün təhlükəli olan azmərtəbəli binaların köçürülməsi planlaşdırılır. Bu proses hazırda Bakının demək olar ki, bütün rayonlarında həyata keçirilir", - deyə İ.İsbatov bildirib.

Son xəbərlər

Orphus sistemi