Bakıda iki gəmi-bərənin ilk polad lövhələrinin kəsimi həyata keçirilib

Bakıda iki gəmi-bərənin ilk polad lövhələrinin kəsimi həyata keçirilib Bu gəmilər 2018-ci il noyabrın 5-də və 2019-cu il mayın 3-də təhvil veriləcək
İnfrastruktur
16 Mart , 2017 11:07
Bakıda iki gəmi-bərənin ilk polad lövhələrinin kəsimi həyata keçirilib
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifariş verdiyi "Ro-Pax" tipli 2 gəmi-bərənin ilk polad lövhələrinin kəsimi həyata keçirilib.

"Report" xəbər verir ki, tədbirdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bildirib ki, yeni gəmi-bərələr yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Azərbaycan üzərindən yükdaşımaların artmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, "Ro-Pax" tipli gəmi-bərələrin tikintisinə dair müqavilə 2016-cı il oktyabrın 26-da imzalanıb. Gəmi-bərələrin suya salınması 2018-ci ildə, dəniz sınaq işlərinin tamamlanması isə müvafiq olaraq 2018 və 2019-cu illərdə, təhvil verilməsi müvafiq olaraq 2018-ci il noyabrın 5-də və 2019-cu il mayın 3-də nəzərdə tutulub. 

Gəmilər 56 sistern, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını (TİR) və 100 sərnişin olmaqla, yükgötürmə qabiliyyətinə malikdir.

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi