Bakıda sərnişindaşıma sahəsində hablar yaradılır

Bakıda sərnişindaşıma sahəsində hablar yaradılır "Hazırda Bakı metrosunda iki xətt mövcuddur, amma gələcəkdə bunun 5-ə çatdırılması planlaşdırırlır".
İnfrastruktur
25 Noyabr , 2020 10:53
Bakıda sərnişindaşıma sahəsində hablar yaradılır
0 : 00
0 : 00

"Hazırda Bakı metrosunda iki xətt mövcuddur, amma gələcəkdə bunun 5-ə çatdırılması planlaşdırırlır".

“Report” xəbər verir ki, bunu bu gün onlayn keçirilən “Baku City Forum”da çıxış edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, bu 2011-ci ildə ölkə başçısı tərəfindən təsdiqlənən "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun aparılır:

“Həmin sxemə görə Bakı metrosunda stansiyaların sayı 76-ya çatdırılacaq”.

Nazirlik rəsmisi paytaxt küçələrində hərəkət edən elektriklə çalışan taksilərdən də danışıb:

“London taksiləri artıq Bakının simvoluna çevrilib. Son zamanlar Bakıya gətirilən elektriklə çalışan London taksiləri 1 dəfəyə 130 km məsafə qət edə bilir. Bundan əlavə paytaxtda sərnişindaşıma sahəsində habların yaradılması həyata keçirilir. Artıq 5 hab yaradılıb və işlər davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi