Bakıda "Formula-1" yarışı ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq

Bakıda "Formula-1" yarışı ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq Bu, beynəlxalq oyuna hazırlıq məqsədilə baş tutacaq
İnfrastruktur
2 İyun , 2017 15:30
Bakıda Formula-1 yarışı ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda baş tutacaq Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Şirkətdən "Report"a daxil olan məlumata görə, Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi