Bakıda daha bir yolda təmir işlərinə başlanılıb
İnfrastruktur
- 15 aprel, 2015
- 13:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 aprel. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb. Hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən bildirilib.
Məlumata görə, nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək. Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq.
Hazırda tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyəti qurumlarla birgə işlər aparılır.
Son xəbərlər
16:07
Hikmət Babaoğlu: İnformasiya mühitində həm də manipulyasiya olunmuş məlumatlarla qarşılaşırıq
Media
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media
16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır
Maliyyə
16:00
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur
İncəsənət
16:00
İranın səfiri: Korrupsiya ilə bağlı mübarizədə çoxtərəfli əməkdaşlıq faydalıdır
Xarici siyasət
15:59
Foto
Video
"AzerGold" UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Sənaye
15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb
Maliyyə
15:56
Foto
Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub
Turizm
15:55
Oman korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb
Digər ölkələr