Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Bu haqda "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
P.Mürsəliyev qeyd edib ki, Ə.Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmədən Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.