Bakıda daha bir neçə küçədə yol cizgiləri rənglənəcək

Bakıda daha bir neçə küçədə yol cizgiləri rənglənəcək Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək
İnfrastruktur
24 Aprel , 2017 12:15
Bakıda daha bir neçə küçədə yol cizgiləri rənglənəcək
Report

Bakı. 24 aprel. REPORT.AZ/  Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq paytaxtın Nəsimi rayonunun Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonunun Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.

Bu barədə “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumatda bildirilib. 

"Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək. İşlərin səhər saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi