​Bakıda daha bir marşrut xətti ləvğ edilib

​Bakıda daha bir marşrut xətti ləvğ edilib Xəttin fəaliyyəti optimallaşdırma nəticəsində dayandırılıb
İnfrastruktur
10 Sentyabr , 2015 12:48
​Bakıda daha bir marşrut xətti ləvğ edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakıda şəhər marşrut xətlərində növbəti təkmilləşdirmə işləri aparılıb. Marşrut xətlərinin optimallaşdırılması çərçivəsində 95 nömrəli marşrut ləvğ edilib. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

"Transgate" MMC-yə məxsus 95 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılıb. O, həmin xətti istifadə edən başqa marşrut xətlərinin də olması ilə əlaqədar ləğv olunub, sərnişinlər 95 nömrəli marşrutun əvəzində başqa marşrutlardan istifadə edə bilir, yəni o marşruta ehtiyac yoxdur", - deyə Ş.Mehmanqızı əlavə edib.

Qeyd edək ki, 95 nömrəli marşrut xətti sonuncu dəyişiklikdən sonra “H.Aslanov” m/st. - Nobel pr-ti - Senyuşkin küç. - Mehdizadə küç., əks istiqamətdə Nobel pr - "Xətai" m/st. xətti ilə hərəkət edirdi. 

Son xəbərlər

Orphus sistemi