Bakıda daha bir daşıyıcının istehsalat bazası istifadəyə verilib

Bakıda daha bir daşıyıcının istehsalat bazası istifadəyə verilib Bazada 10 marşrut üzrə 175 müxtəlif markalı sərnişin avtobusuna xidmət göstəriləcək
İnfrastruktur
4462
2 İyun , 2017 19:18
Bakıda daha bir daşıyıcının istehsalat bazası istifadəyə verilib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün daha bir daşıyıcı “Çinar-Trans” MMC-nin yeni istehsalat bazası istifadəyə verilib. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumata görə, 2 ha ərazisi olan bazada 10 marşrut üzrə 175 müxtəlif markalı sərnişin avtobusuna xidmət göstəriləcək.

"İstehsalat bazası Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyulan bütün tələblərə cavab verir. Bazada sürücülərin tibbi müayinəsi üçün nəzərdə tutulmuş tibb məntəqəsi, avtobusların texniki baxışı üçün nəzərdə tutulmuş zona, o cümlədən yuyucu və parkinq yaradılıb", - məlumatda deyilir.

Qeyd edək ki, ictimai nəqliyyatın səmərəli fəaliyyətinin təşkili, nəqliyyat vasitələrinin texniki baxımdan saz vəziyyətdə saxlanılması ən əsası isə sərnişinlərin təhlükəsizliyi baxımından istehsalat bazasının olması vacib amildir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şəxslər qarşısında istehsalat bazasının yaradılması ilə bağlı da ciddi tələblər qoyub. İstehsalat bazasına malik olmaq o deməkdir ki, burada sürücülər tibbi, avtobus isə texniki müayinədən keçəcək. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, daşıyıcılar 1 il müddətində bu tələbini icrasını təmin etməlidirlər.

Son xəbərlər

Orphus sistemi