Bakıda daha 3 yol bu gecə bağlanacaq

Bakıda daha 3 yol bu gecə bağlanacaq Həmin küçələrdə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək
İnfrastruktur
5 Aprel , 2017 16:59
Bakıda daha 3 yol bu gecə bağlanacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gecə Bakının Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

"Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, qeyd edilən küçələrdə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək. 

"Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi