Bakıda cib tipli dayanacaqlar və nizamlanan piyada keçidi təşkil edilib

Bakıda cib tipli dayanacaqlar və nizamlanan piyada keçidi təşkil edilib Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb
İnfrastruktur
776
7 May , 2021 10:55
Bakıda cib tipli dayanacaqlar və nizamlanan piyada keçidi təşkil edilib

Bakının Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb, panduslar inşa edilib, piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan svetoforlar təşkil edilib, görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hiss edilə bilən döşəmələr, işıqforlarda isə səs qurğuları yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi