​Bakıda bu gün əsas yollar bağlı olacaq - SİYAHI

​Bakıda bu gün əsas yollar bağlı olacaq - SİYAHI Sürücülərə alternativ yollar təklif edilir
İnfrastruktur
837
25 May , 2015 10:41
​Bakıda bu gün əsas yollar bağlı olacaq - SİYAHI

Bakı. 25 may. REPORT.AZ/ Bu gün 16:30-dan gecə 00:00-a kimi Bakı şəhərində bir sıra yollar bağlı olacaq. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində (Sabunçu körpüsünədək), Salyan şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi - Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəsəbəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.

Son xəbərlər

Orphus sistemi