Bakıda bir neçə avtobusun hərəkət istiqaməti dəyişdirilib

Bakıda bir neçə avtobusun hərəkət istiqaməti dəyişdirilib 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobuslarının son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzi olub
İnfrastruktur
12 Aprel , 2017 16:08
Bakıda bir neçə avtobusun hərəkət istiqaməti dəyişdirilib
BNA

Bakı. 12 aprel. REPORT.AZ/ Bakının inzibati ərazisi, əsasən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 124, 195 və 197 nömrəli marşrut xəttləri üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacaq məntəqələri dəyişdirilib. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

Dəyişikliyə əsasən, aprelin  15-dən müvafiq olaraq Lökbatan, Ələt və Sahil qəsəbələrindən gələn 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib. 

"Sərnişinlər “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər mərkəzinə rahat gediş-gəliş üçün müasir nəqliyyat vasitələri ilə təmin edilmiş 125 nömrəli marşrut xəttindən istifadə edə bilərlər. Məqsəd paytaxtın cənub girişində ətraf kənd və qəsəbələrdən gələn sərnişin avtobuslarını bir məntəqədə cəmləşdirməklə onların şəhərin mərkəzinə doğru xaotik hərəkətinin qarşısını almaqdır. Məlum dəyişiklik günün pik saatlarında 20-ci sahə Bayıl dairəsində müşahidə edilən sıxlığn da aradan qalxması baxımından da əhəmiyyətlidir", - BNA-nın məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi