Bakıda baş verən zəncirvari qəza "Azəryolservis"ə 6 min manatadək ziyan vurub

Bakıda baş verən zəncirvari qəza "Azəryolservis"ə 6 min manatadək ziyan vurub Hadisə nəticəsində 56 paqonmetr əyri xətli dəmir tirləri və 1 ədəd yol nişanı sıradan çıxıb
İnfrastruktur
1195
26 Noyabr , 2015 15:54
Bakıda baş verən zəncirvari qəza Azəryolservisə  6 min manatadək ziyan vurub

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün günorta saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun 9-cu kilometrliyində baş vermiş zəncirvari avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

Nəqliyat Nazirliyinin “Azəryolservis” ASC-dən "Report"a daxil olan məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində hərəkətdə olan “Daewoo” markalı 10-TB-307 dövlət nömrə nişanlı Bakı-Qazax reysi üzrə sərnişin daşıyan avtobus yol ayrıcında olan əyri xətli dəmir tirlərə dəyib.

İlkin ehtimallara görə, sərnişin avtobusunun sürücüsü ara məsafəsinin düzgün seçilməməsi səbəbindən qarşıda olan avtomobillərlə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi nəqliyyat vasitəsini əyri xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqonmetr əyri xətli dəmir tirləri və 1 ədəd yol nişanı sıradan çıxıb.

"Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5 800 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib", -  “Azəryolservis”dən bildirilib.

Son xəbərlər

Orphus sistemi