Bakıda avtobus qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO

Bakıda avtobus qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
İnfrastruktur
6 İyul , 2022 09:36
Bakıda avtobus qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO

Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.

"Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb", - məlumatda bildirilib.

TƏBİB-dən "Report"a verilən məlumata görə, 4 nəfərə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi