Bakıda avtobuslar gecikmə ilə hərəkət edir

Bakıda avtobuslar gecikmə ilə hərəkət edir Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
İnfrastruktur
640
23 Noyabr , 2020 17:44
Bakıda avtobuslar gecikmə ilə hərəkət edir

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, bu səbəbdən aşağıdakı istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

- Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinə qədər;

- A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində;

- Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;

- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;

- Z.Bünyadov prospekti - 20 Yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər;

- Afiyəddin Cəlilov küçəsi

- Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində.

Son xəbərlər

Orphus sistemi