Bakıda 5 ayda inşaat işlərinin 89 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib
- 25 iyun, 2024
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 89,1 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin 5 ayında paytaxtın tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 82,7 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,3 %-ini əsaslı təmir, 4,6 %-ni cari təmir, 5,4 %-ni isə sair tikinti işləri təşkil edib.
5 ayda Azərbaycanda tikinti müəssisələrinin (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirdiyi inşaat işlərinin 79,2 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 8,1 %-ni əsaslı təmir, 6,3 %-ni cari təmir, 6,4 %-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,2 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.