Bakıda 2 rayonda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda 2 rayonda nəqliyyatın hərəkəti məhdudlaşdırılır Həmin yollarda da yolcizgi və yolgöstərici xətləri yenidən rənglənir
İnfrastruktur
5 Aprel , 2017 11:08
Bakıda 2 rayonda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri Binəqədi rayonunun Xocahəsən qəsəbəsi və Səbail rayonunun Bibiheybət yolu-Lökbatan dairəsi istiqamətində piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.

Bu, "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda bildirilib.

Məlumata görə, rənglənmə işləri axşam saatlarında başa çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi