Bakıda 18 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib

Bakıda 18 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib Bu addım vətəndaşların müraciəti əsasında atılıb
İnfrastruktur
2188
9 İyun , 2017 13:24
Bakıda 18 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib
Bna.az

bakı. 9 iyun. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) 18 saylı marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edib. 

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumatda deyilir ki, dəyişikliyə əsasən “Formula-1” Azərbaycan Qran-prisi yarışlarından sonrai marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinə qədər (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayı sərnişin axınına uyğun olaraq 23-dən 33-ə qədər artırılacaq.

Qeyd edək ki, fevralın 11-də 7 nömrəli müntəzəm sərnişindaşıma marşurut xəttinin dayandırılması ilə bağlı BNA-ya, o cümlədən “141” Çağrı Mərkəzinə 18 saylı marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinə qədər (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Bununla bağlı aparılmış monitorinqlər və təhlillər nəticəsində marşrutun hərəkət sxemində dəyişiklik edilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 saylı maşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.

Son xəbərlər

Orphus sistemi