Bakıda 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında çətinlik yaranacaq

Bakıda 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında çətinlik yaranacaq Bu istiqamətində aparılan yol təmir işləri ilə əlaqədar avtobuslardan biri ərazidə texniki problemlə üzləşib
İnfrastruktur
3 Oktyabr , 2017 11:29
Bakıda 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında çətinlik yaranacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda 14 və 18 nömrəli avtobus marşrut xətlərinin intervallarında problemlər yaranacaq. 

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumata görə, Yasamal rayonu ərazisində Musabəyov parkından Yasamal bazarı istiqamətində aparılan yol təmir işləri ilə əlaqədar 14 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobuslardan biri ərazidə texniki problemlə üzləşib.

"Təmir briqadası dərhal hadisə yerinə çatdırılıb. Bu səbəbdən təmir işləri yekunlaşana qədər 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında problemlər yaranacaq", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi