Bakıda 10 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
- 13 dekabr, 2024
- 09:17
Bu ilin yanvar-oktyabr aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 90,3 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,7 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 %-ini əsaslı təmir, 3,1 %-ini cari təmir, 3,5 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,1 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,5 %-ini əsaslı təmir, 5,1 %-ini cari təmir, 4,3 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.