Bakı yollarında tıxac probleminin həlli ilə bağlı xüsusi təkliflər hazırlanıb

Bakı yollarında tıxac probleminin həlli ilə bağlı xüsusi təkliflər hazırlanıb İlk növbədə Tbilisi prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsi nəzərdə tutulub
İnfrastruktur
207
25 Aprel , 2017 12:47
Bakı yollarında tıxac probleminin həlli ilə bağlı xüsusi təkliflər hazırlanıb

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı şəhərinin ən çox tıxac müşahidə edilən əsas yollarından biri - Tbilisi prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün xüsusi təkliflər hazırlanıb.

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Bakı yollarında hərəkətin optimallaşdırılmasına dair təkliflər hazırlanıb. Yol-1 adlı bənd Tbilisi prospektini nəzərdə tutur. Belə ki, bu prospektdə 5 ərazidə kəsişmə nöqtəsi var və onlar tıxaca səbəb olur. Məsələn, bu, "Çıraq Plaza"nın qarşısında dayanacaq məntəqəsi və ya Həsən Əliyev küçəsindən Tbilisi prospektinə dönəndə dayanacaq və piyada keçidinin olması, habelə yanacaqdoldurma mərkəzindən çıxışın birbaşa əsas yola olmasıdır. Halbuki, orada nəqliyyatın çıxışı Şəfayət Mehdiyev küçəsinə olmalıdır və s. Təkliflərdə də məhz bu problemlərin aradan qaldırılması məsələləri irəli sürülür", - deyə M.Ağayev qeyd edib.

M.Ağayev əlavə edib ki, nəqliyyatın hərəkətinin optimallaşdırılması ilə bağlı tədbirlər ilkin olaraq paytaxtda 11 ərazidə aparılacaq.

Son xəbərlər

Orphus sistemi