Bakı yollarında nəqliyyatın orta sürət göstəriciləri açıqlanıb

İnfrastruktur
  • 18 noyabr, 2015
  • 09:54
Bakı yollarında nəqliyyatın orta sürət göstəriciləri açıqlanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı şəhərində bu ilin oktyabr ayı ərzində nəqliyyat vasitələrinin gündəlik orta sürət göstəriciləri açıqlanıb. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat daxil olub.

Belə ki, təqdim olunan küçələr arasında ən yüksək orta sürət Zərifə Əliyeva və Üzeyir Hacıbəyli küçələrində qeydə alınıb:

1. 28 May küçəsi - 42,6 km/saat;

2. Zərifə Əliyeva küçəsi - 43 km/saat;

3. Üzeyir Hacıbəyli küçəsi - 43 km/saat;

4. Rəşid Behbudov küçəsi - 39,3 km/saat;

5. Bülbül prospekti - 36,9 km/saat;

6. Azərbaycan prospekti - 35 km/saat.