Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır

Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır Bakı. 29 iyun. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Sabir körpüsünə qədər hissədə (Bakı-Sumqayıt yolunda) işlər yekunlaşır.
İnfrastruktur
1265
29 İyun , 2018 16:05
Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Sabir körpüsünə qədər hissədə (Bakı-Sumqayıt yolunda) işlər yekunlaşır.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, sabahdan bu hissə istifadəyə verilir: "İstifadəyə verilən hissə sıxlığı aradan qaldıracaq. Həmin hissə istifadəyə verilməklə 20 Yanvar tuneli ilə hərəkət bərpa edilir. Bundan sonra sıxlıq aradan qaldırılacaq. Tam təmir işləri isə bir həftəyə yekunlaşacaq". 

Son xəbərlər

Orphus sistemi