Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.
Bu barədə “Report”a sərnişinlər məlumat veriblər. Onların bildirdiyinə görə, 17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Lakın ehtiyat qatarın ayrılması hesabına bu problem aradan qaldırılıb.
Belə problemlərlə gələcəkdə üzləşməmək üçün hazırda dəmir yolu infrastrukturu yenilənir. Onu da qeyd etmək lazımdır ki, diqər ölkələrdə də dəmir yolunda gecikmələr adi hala çevrilib.
Bakı-Sumqayıt qatarının daimi sərnişinlərinin sözlərinə görə, payız-qış mövsümündə bu marşrut üzrə hərəkət edən qatarlarda belə yubanmalar baş verir və bu, ilk dəfə müşahidə olunan hal deyil.