​Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində yenidən dəyişiklik ediləcək

​Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində yenidən dəyişiklik ediləcək Bəzi qatarlar ləğv olunacaq
İnfrastruktur
23 Sentyabr , 2015 16:03
​Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində yenidən dəyişiklik ediləcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Sərnişinlərin qatarlardan istifadəsini asanlaşdırmaq məqsədilə sentyabrın 28-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində hissəvi dəyişikliklər ediləcək. 

Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən xəbərə görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı Sərnişin Stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16:00, 17:45, 18:45 və 19:45-də, Sumqayıt Sərnişin Stansiyasından isə 06:40, 07:10, 07.55, 09:00, 17:10, 18:50, 19:50 və 20:50-da yola düşəcək.

Sentyabrın 24-də etibarən hər şənbə, bazar və bayram günləri sərnişin sıxlığı az olduğundan, Bakı Sərnişin Stansiyasından saat 05:10-da, Sumqayıt Sərnişin Stansiyasından saat 06:40-da yola düşən elektrik qatarları ləğv olunacaq.

Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək. 

Son xəbərlər

Orphus sistemi