Bakı-Sumqayıt elektrik qatarları yeni cədvəllə hərəkət edəcəklər

Bakı-Sumqayıt elektrik qatarları yeni cədvəllə hərəkət edəcəklər Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. 
İnfrastruktur
8 Dekabr , 2017 16:35
Bakı-Sumqayıt elektrik qatarları yeni cədvəllə hərəkət edəcəklər

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. 

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar. 

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 09:17-də yola düşən 6012 elektrik qatarı saat 09:50-də yola düşəcək və saat 10:32-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 09:50-də yola düşən 6014 elektrik qatarı saat 11:00-da yola düşəcək və saat 11:42-da Bakıya çatacaq.

Son xəbərlər

Orphus sistemi