​Bakı-Roma aviareysinin bərpası sual altındadır

​Bakı-Roma aviareysinin bərpası sual altındadır Hazırda Azərbaycandan İtaliyanın yalnız Milan şəhərinə aviareys yerinə yetirilir
İnfrastruktur
3 Noyabr , 2015 17:02
​Bakı-Roma aviareysinin bərpası sual altındadır

Bakı. 3 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Bakı-Roma-Bakı marşrutu ilə sərnişin aviareyslərinin bərpası məsələsi sual altındadır. Şirkətdən "Report"a verilən məlumata görə, reysin bərpası bu marşruta olan carı tələbatın səviyyəsindən asılı olacaq: "Hazırda isə bu barədə danışmaq bir qədər tezdir".

Qeyd edək ki, Bakı-Roma-Bakı marşrutu ilə müntəzəm reysləri sentyabr ayının sonunda ləvğ edilib. Heydər Əliyeva Hava Limanından "Report"a bildirilib ki, reys sərnişin azlığına görə ləvğ olunub. Lakin hazırda İtaliya istiqamətində Bakı-Milan aviareysi yerinə yetirilir. Bu reyslər həfətinin II və V günlər saat 07:30-da həyata keçirilir. Gediş-dönüş biletinin qiyməti təxminən 465 manat təşkil edir.

Xatıradaq ki, Bakı-Roma-Bakı aviareysi 2012-ci ilin aprelində açılıb. Uçuşları yerinə yetirən "Airbus-319" tipli təyyarə (125 sərniş) ilə yerinə yetirilib. Reyslər həftənin II, IV və VI günlər həyata keçirilib, iki tərəfə uçuşun qiyməti isə təqribən 417 manat olub.

Son xəbərlər

Orphus sistemi