Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq fevraın 13-də saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamə
İnfrastruktur
12 Fevral , 2024 12:00
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq sabah saat 9:00-dan axşam saatlarına qədər işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi