Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq Bakı. 29 may. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
İnfrastruktur
29 May , 2018 11:24
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. 

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna görə də hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır ) hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi