Bakı Nəqliyyat Agentliyindən təcili açıqlama

Bakı Nəqliyyat Agentliyindən təcili açıqlama Bakının M.Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub.
İnfrastruktur
20 Fevral , 2020 18:48
Bakı Nəqliyyat Agentliyindən təcili açıqlama

Bakının M.Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub.

“Report” xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, məhdudiyyət həmin küçədən keçən 7B, 14,18,102,114A,114B,159,165,193 və 211 nömrəli marşrutlar üzrə avtobusların nizamlı fəaliyyətinə ciddi təsir edir.

"Hazırda avtobuslar "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Zərdabi küçəsindən geriyə dönməklə təşkil edilib. Buda iritutumlu avtobusların hərəkətinə maneə yaradır. Avtobuslar hazirda gecikmə ilə hərəkət edirik ki, buda sərnisinlərin uzun muddət dayanacaqda qalaraq vaxt itirməsinə səbəb olur. Eyni zamanda dayanacaq məntəqəsində insanların çox toplanması onların yolun hərəkət hissəsinə çıxmasına rəvac verir. Nəticədə hərəkət təhlükəsizliyi səviyyəsi aşağı düşür", - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasən Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat verilməlidir.

Son xəbərlər

Orphus sistemi