Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda 28 gündən sonra keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək.
BNA-dan "Report"a daxil olan məlumata görə, bununla əlaqədar olaraq vətəndaşlardan oyunlardan əvvəl və oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən "Bakı-2017" İslam Həmrəylik Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin internet səhifəsi (www.bna.az), Bakı Nəqliyyat Agentliyinin "Facebook" səhifəsi, Mətbuat Xidməti), eləcə də "Bakı -2017" internet səhifəsinə (
"Məlumatlandırma ilə yanaşı, Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək", - deyə məlumatda qeyd edilib.