Bakı Nəqliyyat Agentliyi vətəndaşlara ehtiyatlı olmağı tövsiyə etdi

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara ehtiyatlı olmağı tövsiyə etdi Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar, bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik.
İnfrastruktur
2 Mart , 2020 09:55
Bakı Nəqliyyat Agentliyi vətəndaşlara ehtiyatlı olmağı tövsiyə etdi

"Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar, bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik".

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin hərəkət iştirakçılarına müraciətində bildirilir. 

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən olunan sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik", - qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi