Bakı-Naxçıvan təyyarəsi uçuş hava limanına geri qayıtmalı olub

Bakı-Naxçıvan təyyarəsi uçuş hava limanına geri qayıtmalı olub “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə J2-2257 reysini həyata keçirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı yaxınlığında əlverişsiz hava şəraiti ilə (güclü yan külək) əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib
İnfrastruktur
10 İyul , 2023 09:27
Bakı-Naxçıvan təyyarəsi uçuş hava limanına geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə J2-2257 reysini həyata keçirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı yaxınlığında əlverişsiz hava şəraiti ilə (güclü yan külək) əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 01:45-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra saat 05:10-da Naxçıvana yola düşüblər.

Hava proqnozuna əsasən, yaxın iki gündə (iyulun 10-u və 11-i) Naxçıvan ərazisində güclü külək gözlənilir. Bununla əlaqədar olaraq, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə reyslərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi hallarının təkrarlanması ehtimalı istisna edilmir.

Son xəbərlər

Orphus sistemi