Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.
İnfrastruktur
4 Yanvar , 2021 20:22
Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir
0 : 00
0 : 00

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

Bu barədə “Report”a AZAL-dan bildirilib.

Hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.

Xüsusilə sərnişinlərin nəzərinə çatdırılır ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi