Bakı metrosunun Xocəsəndəki deposunda motovoz sexləri olacaq

Bakı metrosunun Xocəsəndəki deposunda motovoz sexləri olacaq “Bakı Metropoliteni" QSC-nin paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunun ərazisində ilkin mərhələdə qatarlara xidmət göstərmək üçün müəyyən şərait yaradılacaq”.
İnfrastruktur
1 Dekabr , 2021 16:38
Bakı metrosunun Xocəsəndəki deposunda motovoz sexləri olacaq

“Bakı Metropoliteni" QSC-nin paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunun ərazisində ilkin mərhələdə qatarlara xidmət göstərmək üçün müəyyən şərait yaradılacaq”.

Bunu "Report"a açıqlamasında qurumun Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

“Burada yerüstü stansiya inşa edilir. Stansiyadan əlavə yarımstansiyanın tikilməsi məcburidir. Depoda qatarların gecə qapalı yerlərdə qalması üçün qanonlar və sexlər tikiləcək. İlkin mərhələdə biz bu sexləri qatarların dayanma-təmir sexi kimi istifadə edəcəyik. Gələcəkdə isə onlar motovoz sexi kimi istifadə olunacaq. Qatarlar bu vaxta kimi "Avtovağzal" stansiyasının dalan yolunda təmir olunurdu. Bu stansiya açılandan sonra qatarlar həmin qanonlara gələcək, orada təmir olunacaq, gecə orada qalacaq, səhər yoxlamadan sonra sərnişin daşımağa çıxacaq”, - deyə M.Nəbiyev qeyd edib.

Xatırladaq ki, Bakı metrosunun artıq 6-cı ildir fəaliyyət göstərən "Bənövşəyi" xəttinin deposunda tikinti işləri davam edir. Deponun inşası xəttin inkişaf planına uyğun olaraq iki mərhələyə bölünüb. Artıq birinci mərhələ üzrə tikinti həlledici dövrə qədəm qoyub. Depo gələn ilin sonuna qədər hazır olacaq.

Son xəbərlər

Orphus sistemi