Bakı metrosunun 55 illiyinə həsr olunmuş sərgi açılıb

Bakı metrosunun 55 illiyinə həsr olunmuş sərgi açılıb Bu gün "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
İnfrastruktur
27 Oktyabr , 2022 10:32
Bakı metrosunun 55 illiyinə həsr olunmuş sərgi açılıb

Bu gün "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

"Report" xəbər verir ki, “Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxividir.

Sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkil təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi təsvirində izləyicilərə müfəssəl məlumat almaq imkanı yaradılıb.

Sərginin 6 aya yaxın davam etdirilməsi nəzərdə tutulub. İzləyicilərə nümayiş olunan fotolarla virtual qaydada da tanış olmaq imkanı yaradılıb. Bunun üçün izləyicilər fotostendlərdə yerləşdirilmiş QR-kodları mobil cihazlarına yükləyərək, metropolitenin rəsmi saytında yaradılmış bölməyə daxil olaraq, hər bir stend barədə ətraflı məlumat ala bilərlər.

Son xəbərlər

Orphus sistemi