Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb “Bakı Metropoliteni” QSC-nin hesabat dövrünə əsasən, bu ilin birinci yarısında 113 milyon 195 min 216 sərnişin daşınıb.
İnfrastruktur
3 İyul , 2024 14:24
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb

Bu ilin birinci yarısında Bakı metrosu ilə 113 milyon 195 min 216 sərnişin daşınıb.

“Report” “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, onlardan 3 milyon 61 min 696-sı ödənişsiz metropolitenə daxil olan güzəştli sərnişinlərdir.

Ümumən birinci yarım il ərzində orta statistik hesabla gün ərzində metropolitenə 621 min 952 sərnişin daxil olub.

Ümumilikdə, 2022-ci ilə nəzərən 12,2 %, 2023-cü illə müqayisədə isə 5,3 % daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısı ilə müqayisədə 3 % az sərnişin daşınıb.

Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır. Bütün sərnişinlərin 8,7 %-i və yaxud 9 milyon 827 min 14 sərnişin məhz bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin 8,2 %-i (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7,8 %-i (8 milyon 798 min 274 sərnişin) isə “20 Yanvar” stansiyasından istifadə edib.

Son xəbərlər

Orphus sistemi