Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbləri məlum olub

Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbləri məlum olub Səhər saatlarında İçərişəhər metrostansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib.
İnfrastruktur
19 Avqust , 2019 14:10
Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbləri məlum olub

Səhər saatlarında "İçərişəhər" metrostansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib.

“Report” xəbər verir ki, təlimatçı-maşinistin qərarına əsasən, qatar xətdə saxlanılıb.

Buna görə də, bütün xətt boyu qısa müddət ərzində 10 dəqiqəlik gecikmə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi