Bakı metropoliteninin stansiyalarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tematik daha bir sosial layihənin növbəti mərhələsi başlanıb.
“Report” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki, layihə çərçivəsində stansiyaların keçid, vestibül, eskalator meydançaları, platforma və yollarında Ümummilli Liderin metropolitenlə bağlı kəlamlarının və onun rəhbər kimi iştirak etdiyi stansiyaların açılışları və sərnişin kimi metrodan istifadə etdiyi zaman çəkilmiş fotoların yer aldığı stendlər nümayiş etdirilir. Layihənin növbəti mərhələsi çərçivəsində növbəti fotostendlər sərnişinlərin diqqətinə təqdim edilir.
Qeyd edək ki, bu ilin yanvar ayından başlanmış bu layihə çərçivəsində metro stansiyalarındakı monitorlarda da Heydər Əliyevin Bakı metropoliteninə tarixi qayğısını və diqqətini əks etdirən sosial əhəmiyyətli posterlər nümayiş etdirlir. Təqdim olunan növbəti stendlərdə də Ulu Öndərin kəlamları və fotoları yer alır.